“Barselona”nın hücumçusu Robert Levandovski mövsüm bitdikdən sonra klubdan ayrıla bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çikaqo Fayr” polşalı futbolçuyla ciddi şəkildə maraqlanır və ABŞ klubunun nümayəndələri artıq oyunçunun agenti ilə görüşüblər.
Eyni zamanda, “Fənərbaxça”dan və Səudiyyə Ərəbistanı liqasının bir sıra klublarından da forvarda maraq var.
Levandovski özü isə bu yaxınlarda verdiyi açıqlamada hələ də gələn mövsüm harada oynayacağı barədə heç bir fikrinin olmadığını etiraf edib.
37 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 6 aydan sonra bitir.

