Pemyer Liqadan argentinalı müdafiəçinin keçidini reallaşdıra bilər - “Barselona”

18:40 İspaniya 68
Pemyer Liqadan argentinalı müdafiəçinin keçidini reallaşdıra bilər - “Barselona”

“Bornmut”un müdafiəçisi Markos Senesi bu qış transfer pəncərəsində nəhayət, “Barselona”ya keçə bilər.

Kataloniya klubu yanvarda müdafiə xəttini böyük maliyyə xərcləri olmadan gücləndirməyi planlaşdırır və 28 yaşlı futbolçu əsas namizədlərdən biri hesab olunur.

Sportinfo.az “Sport”-a istinadən xəbər verir ki, “Barselona” Senesini hələ 2018-ci ildən, futbolçu Argentinada “San Lorenso”nun formasını geyindiyi dövrdən izləyir.

Argentinalı müdafiəçi bir il sonra “Feyenoord”a transfer olunsa da, Kataloniya klubunun nümayəndələri oyunçunu diqqətdə saxlamaqda davam ediblər, ancaq konkret addımlar atmayıblar.

Markos Senesi 2022-ci ildən etibarən “Bornmut”un şərəfini qoruyur. Onun klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq ki, bu da transferi “Barselona” üçün daha real edir.

Digər Xəbərlər
Xəbər Lenti