“Real”ın diqqət mərkəzinə düşdü - 19 yaşlı qapıçı

30 Dekabr 2025 18:20 İspaniya 750
“Real”ın diqqət mərkəzinə düşdü - 19 yaşlı qapıçı

İsveçin “Elfsborq” klubunun qapıçısı Simon Eriksson “Real”ın diqqət mərkəzinə düşüb.

Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, “kral klubu” 19 yaşlı futbolçunu Tibo Kurtua üçün “ideal uzunmüddətli əvəzləyici” kimi dəyərləndirir.

“Real”ın skautları isveçli qolkiperin inkişafını yaxından izləməyə davam edəcək və yaxın gələcəkdə onu Madrid klubuna transfer etməyə cəhd göstərə bilərlər.

Simon Eriksson ötən mövsüm İsveç çempionatında “Elfsborq”un heyətində 20 oyuna çıxıb və bu qarşılaşmalarda ümumilikdə 30 qol buraxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti