“Onu qovulmaqdan xilas etdimi? Mən işimi görürəm”

15:20 İspaniya 108
“Onu qovulmaqdan xilas etdimi? Mən işimi görürəm”

“Real”ın qapıçısı Andrey Lunin baş məşqçi Xabi Alonso ilə bağlı sualları cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı qolkiper bunu deyib:

“Talavera” ilə oyunda son dəqiqədə komandanı qoldan xilas etməyim Alonsonu qovulmaqdan xilas etdimi? Mən belə düşünmürəm, sadəcə, işimi görürəm.

Biz baş məşqçiyə tamamilə etibar edirik, ona heç bir şübhəm yoxdur. Alonso klubun əfsanəsidir və böyük hörmətə layiqdir.

Sadəcə, onun fikirlərinə və oyun tərzinə alışmalıyıq”.

İspaniyalı məşqçi postundan uzaqlaşdırılmaq üzrə idi, amma görünür, hələlik o, vəzifəsində qalacaq.

“Real” çərşənbə günü Kral kubokunda “Talavera”nı 3:2 hesabıyla məğlub edib. “Kral klubu” şənbə günü La Liqada “Sevilya” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti