“Bəzi insanlar onunla anlaşmanın baş tutmasını istəmirdi” - Klub prezidenti

00:10 İspaniya 106
“Bəzi insanlar onunla anlaşmanın baş tutmasını istəmirdi” - Klub prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçi Dani Olmo ilə bağlı fikirlərini bölüşüb.

Kataloniya klubu ispaniyalı futbolçunu 2024-cü ilin yayında “Leyptsiq”dən transfer edib.

Avropa çempionunun qeydiyyatı ilk mərhələdə mümkün olmayıb, mövsüm ərzində isə o, yenidən oynamaq hüququnu itirib. Yalnız idman məhkəməsinin müdaxiləsindən sonra klub onu heyətə rəsmən daxil edə bilib.

Sportinfo.az “Managing Barca”-ya istinadən xəbər verir ki, Laporta klubun Olmo uğrunda sona qədər mübarizə apardığını deyib:

“Biz Olmo üçün israrla mübarizə apardıq, çünki onun futbol keyfiyyətlərinə və işinə sədaqətinə ehtiyacımız var idi.

Onun evinə – “Barselona”ya qayıtmaq istədiyini bilirdik. Bu transfer çoxlu maneələrlə müşayiət olunan, ziddiyyətli bir keçid idi və bəzi insanlar açıq-aşkar bu anlaşmanın baş tutmasını istəmirdi. B

ütün bu çətinliklər Daninin “Barselona” ilə bağlarını daha da gücləndirdi. Biz ona çox minnətdarıq”.

Olmo cari mövsümdə 17 oyunda meydana çıxaraq, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Dekabr 19:30 Çək və bizə göndər!