ABŞ klubu ilə danışıqlar aparıb - “Barselona”nın hücumçusu

12:00 İspaniya 102
ABŞ klubu ilə danışıqlar aparıb - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Robert Levandovski 2026-cı ildə klubunu dəyişə bilər.

37 yaşlı futbolçunu heyətinə qatmaq istəyən MLS təmsilçisi “Çikaqo Fayr” onunla danışıqlarda ciddi irəliləyiş əldə edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar müsbət məcrada keçib. Polşalı forvard mümkün transferə açıqdır. B

ildirilir ki, “Çikaqo Fayr” Levandovskinin maaşla bağlı tələblərini problemsiz şəkildə qarşılamağa hazırdır.

Daha əvvəl hücumçuya Səudiyyə Ərəbistanı çempionatından olan klubların da maraq göstərdiyi iddia olunurdu. O, cari mövsümdə “Barselona”nın heyətində 17 oyuna çıxaraq, 8 qol vurub və 2 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti