“Real” 50 milyon avroya müdafiəçi ala bilər - Premyer Liqadan

17 Dekabr 2025 10:00 İspaniya 750
“Real” 50 milyon avroya müdafiəçi ala bilər - Premyer Liqadan

“Tottenhem”in və Niderland millisinin müdafiəçisi Mikki van de Ven Avropanın top-klublarından birinə keçmək imkanı əldə edib.

Sportinfo.az “E-Noticias”-a istinadən xəbər verir ki, “Real” 24 yaşlı futbolçunu heyətinə qatmaqla maraqlıdır.

Niderlandlı futbolçu keçidə razılıq versə, “kral klubu” Van de Veni 50 milyon avroya almağa hazırdır.

Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. O, cari mövsümdə İngiltərə Premyer Liqasında 15 oyuna çıxıb, 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü