“Bu adam qəssab deyil”

00:10 İspaniya 69
“Bu adam qəssab deyil”

İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro A Seriyasında ən güclü klubun “İnter” olduğunu bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Milan klubunun çempionatdakı liderliyinin heç də təsadüfi olmadığını deyib:

“Kristian Kivu (“İnter”in baş məşqçisi)? O, qəssab deyil.

Uzun illərdir futboldadır və komandanın turnir cədvəlinin zirvəsində yer almasına təəccüblənməyə dəyməz. “İnter” hazırda İtaliya çempionatının ən güclü klubudur”.

Kristian Kivu cari ilin yayında “İnter”in baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 15 turdan sonra 33 xal toplayaraq, A Seriyasında turnir cədvəlinin lideridir.

“İnter” növbəti turda səfərdə “Atalanta” ilə üz-üzə gələcək. Qarşılaşma dekabrın 28-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti