Hələlik tərəflər arasında konkret razılaşma əldə edilməyib

16 Dekabr 2025 22:00 İspaniya 909
Hələlik tərəflər arasında konkret razılaşma əldə edilməyib

“Barselona” Dortmund “Borussiya”sının müdafiəçisi Yulian Ryersonu Jül Kundeyə əvəzləyici kimi nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.

Kataloniyalılar sol və ya sağ müdafiəçisi mövqeyinə büdcəyə uyğun gücləndirmə axtarır və 28 yaşlı norveçli futbolçunun nümayəndələri ilə ilkin danışıqlar aparılıb.

Hələlik tərəflər arasında konkret razılaşma əldə edilməyib.

Ryersonun “Borussiya” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir, ancaq o, yay transfer pəncərəsində klubunu dəyişməyi istisna etmir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü