Bu suallardan xoşu gəlmədi - Jurnalistlərlə razı deyil

15:20 İspaniya 116
Bu suallardan xoşu gəlmədi - Jurnalistlərlə razı deyil

“Real”ın baş məşqçisi Xabi Alonso komandasının matç ərzində konsentrasiyasını itirməsi barədə səslənən fikirlərə münasibət bildirib.

“Kral klubu” bazar günü “Alaves”i 2:1 hesabı ilə məğlub edib.

Matçın 24-cü dəqiqəsində Kilian Mbappe “Real”ı önə çıxarsa da, ev sahibi komanda 68-ci dəqiqədə hesabı bərabərləşdirib. Qarşılaşmanın taleyini isə 76-cı dəqiqədə Rodriqo həll edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra jurnalistlər Alonsoya komandanın oyunun gedişində konsentrasiyasını itirməsi ilə bağlı sual veriblər.

O, isə bununla razıl olmadığını deyib:

“Mən bununla razı deyiləm – vəziyyət matçdan matça dəyişir. Bu mövsümdə bəzi oyunlarda sürətimizi itirmişdik, ancaq son üç qarşılaşmada belə hal müşahidə olunmayıb”.

“Real” hazırda La Liqada 39 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır .

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!