“Barselona”nın hücumçusu Rafinya Dias klubdan ayrılmaq niyyətində deyil. Ta ki, əsas məqsədi olan UEFA Çempionlar Liqasını qazanmağa çatana qədər.
Sportinfo.az “Sport”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu kataloniyalılarla Avropanın ən prestijli turnirində qalib gəlmək arzusundadır və bu uğura çatana qədər heç yerə getməyi planlaşdırmır.
29 yaşlı oyunçu “Barselona”nın heyətində Çempionlar Liqasını qazanmaq fikrinə qəti şəkildə fokuslanıb. O, Kataloniya klubuna 2022-ci ilin yayında İngiltərə “Lids”indən transfer olunub.
Onun komandasının Çempionlar Liqasındakı son qələbəsi 2015-ci ilə təsadüf edir. Hans-Diter Flikin rəhbərliyindəki “Barselona” ötən mövsümdə yarımfinala qədər irəliləyə bilib.

