İyulda təyinat alan baş məşqçini istefaya göndərdilər

15:20 İspaniya 118
İyulda təyinat alan baş məşqçini istefaya göndərdilər

“Real Sosyedad” baş məşqçi Serxio Fransiskonu istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir.

46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib.

İlin sonuna qədər san-sebastyanlılara əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Onun köməkçisi İmanol Aqirreçe olacaq.

Komanda hazırda La Liqada 16 turdan sonra 16 xalla 15-ci yerdədir. Fransisko bu posta iyulda təyin olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti