“Belə hərəkətlər etmək lazım deyil” deyirsə, qoy zəng etsin”

18:40 İspaniya 118
“Belə hərəkətlər etmək lazım deyil” deyirsə, qoy zəng etsin”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq “el klasiko”dan (1:2) sonra “Real”ın kapitanı Dani Karvahalın Lamin Yamala etdiyi hərəkətə sərt reaksiya verib.

Matç bitdikdən sonra Karvahal əli ilə “sus” işarəsi göstərərək, Yamala “jest” edib. Bu hərəkət “Barselona” düşərgəsində narazılıq yaradıb.

Sportinfo.az xəbər verir ki, De Yonq ESPN-ə açıqlamasında onların bir-birini yaxşı tanıdıqlarını bildirib:

“Karvahal Yamalla danışmaq istəyirdisə, bunu təkbətək edə bilərdi.

Belə hərəkətlər etmək lazım deyil deyirsə, qoy zəng etsin, axı onlar İspaniya millisində bir yerdə oynayırlar, bir-birlərini yaxşı tanıyırlar. Meydanda səhnə qurmağın nə mənası var?”

18 yaşlı Yamal matçdan öncə Jerar Pike (“Barselona”nın keçmiş futbolçusu) tərəfindən təşkil olunan “Medialiqa”nın “YouTube” yayımında “Real”ı saxtakarlıqda ittiham etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti