“Davam elə, Vini, lənət şeytana!" - Bu mübahisədə səslənən sözlər ortaya çıxdı

15:20 İspaniya 144
“Davam elə, Vini, lənət şeytana!" - Bu mübahisədə səslənən sözlər ortaya çıxdı

La Liqanın 10-cu turunda “Real”ın evdə “Barselona” üzərində 2:1 hesablı qələbə qazandığı oyun gərgin emosiyalarla yadda qalıb.

“Real”ın hücumçusu Vinisius Junior əvəzlənərkən baş məşqçi Xabi Alonso ilə mübahisə edib.

Vinisius 72-ci dəqiqədə əvəzlənib, onun yerinə isə Rodriqo meydana çıxıb. O, əvəzlənmədən sonra dərhal paltardəyişmə otağına yollanıb və Alonsonun əlini sıxmadan meydanı tərk edib. Daha sonra o, qapıçılar üzrə məşqçi Luis Llopislə söhbətindən sonra ehtiyat oyunçular skamyasına qayıdıb.

Sportinfo.az xəbər verir ki, DAZN-ın kameraları tərəfindən qeydə alınan görüntülərdə Vinisiusun əvəzlənmə zamanı əllərini yana açaraq Alonsoya tərəf qışqırdığı görünür:

“Mən? Mən? Cənab, cənab!”

Buna cavab olaraq Xabi Alonso əsəbi şəkildə deyib:

“Davam elə, Vini, lənət şeytana!”

Vinisiusun bu reaksiyası onun “el klasiko” kimi vacib oyunda əvəzlənməsindən narazı qalması ilə bağlı olub.

Digər Xəbərlər
Xəbər Lenti