Hücumçusunu Almaniya klubuna göndərə bilər - "Real"

10:20 İspaniya 123
Hücumçusunu Almaniya klubuna göndərə bilər -

“Real”ın hücumçusu Endrikin qış transfer pəncərəsində komandadan ayrılması ehtimalı yüksəkdir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı bu mövsüm bir dəfə də olsun oyun keçirməyib, ona görə də klub rəhbərliyi onu icarəyə vermək qərarına gəlib.

Endrik özü də oyun vaxtı qazanmaq üçün başqa bir komandada özünü sınamaq istəyir.

19 yaşlı forvarda Bundesliqadan tələbat var və “Real” Almaniya klublarından gələn təklifləri nəzərdən keçirməyə hazırdır.

Endrikin Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu