“Hoffenhaym”ın hücumçusu Fisnik Asllani Avropanın aparıcı klublarının diqqət mərkəzində qalmaqda davam edir.
Daha əvvəl bildirilmişdi ki, 23 yaşlı forvard “Barselona”nın əsas transfer hədəflərindən biridir.
Kataloniyalılar növbəti mövsümdə Robert Levandovskinin yerini dolduracaq hücumçu axtarırlar.
Sportinfo.az “TBR Football”-a istinadən xəbər verir ki, “Barselona”nın işi çətinləşib.
Çünki Asllani ilə “Tottenhem”, “Çelsi” və “Aston Villa” da maraqlanır. Bu dörd klubun skautları futbolçunun çıxışını yaxından izləyir.
Kosovolu futbolçunun müqaviləsində 30 milyon avrodan çox olmayan sərbəstqalma məbləği qeyd olunub.

