“Mətbuatda yazılanlar şayiədir, klub ona daha sərfəli müqavilə təklif etməyə hazırdır”

26 Oktyabr 20:50 İspaniya 129
“Mətbuatda yazılanlar şayiədir, klub ona daha sərfəli müqavilə təklif etməyə hazırdır”

“Atletiko”nun hücumçusu Xulian Alvaresin agenti Fernando İdalqo argentinalı futbolçunun gələcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Alvaresin adı zaman-zaman müxtəlif klublarla yanaşı hallanır.

Sportinjfo.az “Calciomercato”-ya istinadən xəbər verir ki, o, mətbuatda yazılanların hamısının sadəcə şayiə olduğunu deyib:

“Mətbuatda yazılanların hamısı sadəcə şayiədir. Klub Alvaresin komandaya verdiyi töhfəyə görə ona daha sərfəli müqavilə təklif etməyə hazırdır.

O, komandanın ən vacib oyunçularından biridir və madridlilərin layihəsinə tam sadiqdir”.

25 yaşlı hücumçu cari mövsümdə keçirdiyi 11 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu