“Barselona”nın hücumçusu Rafinya Dias La Liqanın növbəti turunda “Real”la matçda komandasına kömək edə bilməyəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı zədəsini sağaltsa da, yenidən problem yaranıb və o, təxminən bir ay müddətinə sıradan çıxıb.
Beləliklə, Rafinya oktyabrın 26-da “Santyaqo Bernabeu”da keçiriləcək “el klasiko”da iştirak etməyəcək.
29 yaşlı futbolçunun həyat yoldaşı sosial şəbəkədə paylaşım edərək bunları yazıb:
“Sən daha güclü şəkildə qayıdacaqsan, mən də hər zaman yanında olacam”.
O, həmçinin, “Barselona” azarkeşlərinə də təşəkkürünü bildirib.
“Real” – “Barselona” matçı sabah saat 19:15-də start götürəcək.

