“Heç vaxt “Barselona”nın qələbələrindən bezmirəm” - Prezident söylədi

25 Oktyabr 21:40 İspaniya 89
“Heç vaxt “Barselona”nın qələbələrindən bezmirəm” - Prezident söylədi

“Barselona”nın prezidenti Xuan Laporta komandanın uğurları barədə danışıb.

Kataloniya klubu ötən mövsüm İspaniyada keçirilən bütün turnirlərdə qalib gələrək, tarixi nəticə göstərib.

Üstəlik, komanda “Real”a qarşı keçirdiyi dörd oyunun hamısında qələbə qazanıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri “el klasiko” ərəfəsində verdiyi açıqlamada heç vaxt “Barselona”nın qələbələrindən bezmədiyini deyib:

“Mən heç vaxt “Barselona”nın qələbələrindən bezmirəm. Komandanın qalib gəlməsini izləmək bizim azarkeş olaraq qanımıza işləyib. Bu, sadəcə idman uğuru deyil, bundan qat-qat dərin hissdir”.

“Real” – “Barselona” matçı sabah “Santyaqo Bernabeu”da keçiriləcək və saat 19:15-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 18:10 Çək və bizə göndər!
25 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı