“Barselona”nın hücumçusu Lamin Yamal “Real”la bağlı sərt sözlər deyib.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun canlı yayım zamanı ona verilən “Porsinos” (İspaniya Media Liqasında çıxış edən klub) “Real”a bənzəyirmi” sualına cavabı belə olub:
“Porsinos” “Real” kimi görünür? Əlbəttə, bənzəyir. Onlar hiyləgərdir və şikayət edirlər”.
Qarşıdakı “el klasiko” oktyabrın 26-da “Santyaqo Bernabeu”da keçiriləcək və saat 19:15-də start götürəcək.
“Barselona” ötən mövsüm bütün dörd qarşılaşmada “Real”ı məğlub edib və həmçinin, bir il əvvəl “Santyaqo Bernabeu”da 4:0 hesabı ilə qalib gəlib.

