Yekun qərarını hələ verməyib - “Barselona”nın baş məşqçisi

24 Oktyabr 21:40 İspaniya 109
Yekun qərarını hələ verməyib - “Barselona”nın baş məşqçisi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın qarşıdakı turunda “Real”la keçiriləcək matç öncəsi start heyəti ilə bağlı yekun qərarını hələ verməyib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin iki əsas mövqedə şübhəsi qalıb – mərkəz müdafiəçisi və cinah hücumçusu.

Flik müdafiənin mərkəzində hələ də Ronald Arauxo ilə Erik Qarsiya arasında seçim edə bilmir. Hücum xəttində isə zədəsini yeni sağaltmış Ferran Torres və Rafinya arasında rəqabət gedir.

“El klasiko” oktyabrın 26-da “Santyaqo Bernabeu”da baş tutacaq. “Barselona” hazırda La Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb və “Real”dan 2 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu