
“Atletiko”nun hücumçusu Xulian Alvares “Barselona”ya potensial transferi ilə bağlı fikirlərini bildirib.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı forvard bunu deyib:
“Hazırda bütün fikirlərim “Atletiko” ilə bağlıdır. Bu komandada oynamağa və təkmilləşməyə davam etmək istəyirəm.
Mətbuatda gedən söz-söhbətlərin heç biri məni maraqlandırmır”.
Daha əvvəl mətbuatda yayılan xəbərlərdə Kataloniya klubunun Alvaresi polşalı hücumçu Robert Levandovskini əvəzləyəcək oyunçu kimi nəzərdən keçirdiyi bildirilib.