“Barselona”nın sabiq prezidentini maxinasiyada ittiham etdi

1 Oktyabr 21:40 İspaniya 113
“Barselona”nın  sabiq prezidentini  maxinasiyada ittiham etdi

“Barselona”nın prezidenti Xuan Laporta klubun keçmiş rəhbəri Xosep Bartomeunu maliyyə maxinasiyalarında ittiham edib.

Sportinfo.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, Bartomeu oktyabrın 24-də ifadə verəcək.

İddialara əsasən, sabiq prezident bəzi transferlər zamanı komissiya məbləğlərini süni şəkildə artırıb və vəsaitlərin bir hissəsi saxta şirkətlərə yönləndirilib.

Məsələn, braziliyalı vinger Malkomun keçidi zamanı 10 milyon avro komissiya müqaviləsi transfer baş tutduqdan xeyli sonra imzalanıb.

Xosep Bartomeu 2014-cü ilin yanvarından 2020-ci ilin oktyabrına qədər “Barselona”ya rəhbərlik edib. O, ondan əvvəl klubda vitse-prezident və idarə heyətinin üzvü kimi fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 20:50 Çək və bizə göndər!