“Bizim üçün əsl şok idi” - Ata oğlunun klubdan göndərilməsindən danışdı

00:00 İspaniya 136
“Bizim üçün əsl şok idi” - Ata oğlunun klubdan göndərilməsindən danışdı

“Yuventus”un sabiq, “Real”ın hazırkı futbolçusu Din Heysenin atası Donni Heysen oğlunun Turin klubundan ayrılma səbəblərini açıqlayıb.

Sportinfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçinin atası 2024-cü ilin yayında komandanın yeni baş məşqçisi Tiaqo Mottanın Heyseni heyətdə görmək istəmədiyini bildirib:

“Bu, bizim üçün əsl şok idi. Dinin “Yuventus”dakı çıxışı yaxşı idi, amma Motta kobud şəkildə bildirdi ki, o, layihəyə uyğun deyil və getməlidir”.

20 yaşlı futbolçu 20 milyon avrodan az məbləğə “Bornmut”a keçib. Bir ildən sonra isə ingilislər onu “Real”a 62,5 milyon avroya satıblar.

Motta Turin klubundakı ilk mövsümünü başa vura bilməmiş, martda istefaya göndərilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 07:20 Ana nəvazişi ilə... FOTOLAR