“Real” razılıq əldə etdi - “Qarabağ”ın rəqibinin müdafiəçisi ilə

29 Sentyabr 2025 18:20 İspaniya 943
“Real” razılıq əldə etdi - “Qarabağ”ın rəqibinin müdafiəçisi ilə

“Real” gələcək mövsüm üçün heyətini gücləndirməyə hazırlaşır.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” artıq “Liverpul”un müdafiəçisi İbrahima Konate və “Komo”nun yarımmüdafiəçisi Nikolas Paz ilə prinsipial anlaşma əldə edib.

Fransalı müdafiəçi “Real”a azad agent kimi qoşulacaq. Argentinalı futbolçu Pazın transferi isə Madrid klubuna 10 milyon avroya başa gələcək – bu, onun müqaviləsindəki xüsusi maddə ilə müəyyənləşib.

Gözlənilməz hal baş verməsə, hər iki oyunçunun transferi gələn yay baş tutacaq. Son qərar isə baş məşqçi Xabi Alonsonun olacaq. O, hələ də “Real”ın mövcud heyətini yaxından öyrənir.

Konatenin çıxış etdiyi “Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti