
“Real” hücumçusu Rodriqoya hələ də güvənir.
Yay transfer pəncərəsində braziliyalı forvard haqqında müxtəlif şayiələr dolaşsa da, nə “Real” onu satmaq istədi, nə də futbolçunun özü komandadan ayrılmaq fikrində idi.
Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” onun potensialına inanır və Rodriqoya özünü göstərmək üçün yeni şans veriləcək.
Rodriqo Xabi Alonsonun rəhbərliyi altında cari mövsümdə cəmi iki dəfə start heyətində meydana çıxıb.
23 yaşlı hücumçu peşəkar karyerasına Braziliyanın “Santos” klubunda başlayıb.