
İspaniya La Liqasında VII turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, doğma meydanda "Real Sosyedad"ı qəbul edən "Barselona" 2:1 hesabı ilə qalib gəlib.
"Barselona" bu qələbə əzəli rəqibi 1 xalla qabaqlayaraq 19 xalla liderliyə yüksəlib. "Real Sosyedad" isə 5 xalla 17-ci sıradadır.
"Barselona" - "Real Sosyedad" 2:1
Qollar: J.Kude,43, R.Levandovski,59, - O.Odriozola,31