Dil öyrənir, bu ölkədə çıxış etməyi planlaşdırır - “Mançester Yunayted”in yarımmüdafiəçisi

00:20 İspaniya 80
Dil öyrənir, bu ölkədə çıxış etməyi planlaşdırır - “Mançester Yunayted”in yarımmüdafiəçisi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu İspaniyada çıxış etməyi planlaşdırır və bunun üçün artıq ispan dilini öyrənməyə başlayıb.

Sportinfo.az “Tribal Football”-a istinadən xəbər verir ki, ingilis futbolçu yaxın gələcəkdə Madridin top-klublarından birinə – “Real” və ya “Atletiko”ya keçmək istəyir.

“Transfermarkt” portalı Mainunu 50 milyon avro dəyərində qiymətləndirir.

20 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. O, cari mövsümdə Premyer Liqada 3 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 17:30 Çək və bizə göndər!
27 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 00:50 “Neftçi” o gün oynayacaq