Ərəblərdən cəlbedici təklif aldı - “Barselona”nın hücumçusu

28 Avqust 21:20 İspaniya 170
Ərəblərdən cəlbedici təklif aldı - “Barselona”nın hücumçusu

“Barselona”nın hücumçusu Robert Levandovskiyə Səudiyyə Ərəbistanı klublarından maraq davam edir.

Polşalı forvard bu yay da transfer gündəminə düşüb.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu Səudiyyə Ərəbistanının iki klubundan yüksək maliyyə təklifi alıb. Hər iki halda ona hazırkı maaşının ikiqatı vəd olunub.

Buna baxmayaraq, Levandovskinin cari transfer pəncərəsində “Barselona”nı tərk etməsi gözlənilmir.

Onun kataloniyalılarla müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq. Sözləşmədə avtomatik daha bir mövsüm uzadılma şərti də mövcuddur.

Həmçinin, bu mövsüm Levandovskinin “Barsa”da sonuncu ili ola bilər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!
28 Avqust 09:40 Kasıbın olanı budur!
28 Avqust 04:20 "Kəpəz"ə xəbərdarlıq