Fermin Lopesin satış qiymətini açıqladı - “Barselona”

27 Avqust 2025 22:00 İspaniya 480
Fermin Lopesin satış qiymətini açıqladı - “Barselona”

“Barselona” yarımmüdafiəçisi Fermin Lopesin transfer qiymətini açıqlayıb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalılar 22 yaşlı futbolçu üçün 70 milyon avrodan aşağı təklifləri qəbul etməyəcək və yalnız onu öz şəxsi istəyi ilə buraxa bilər.

Lopesə “Çelsi” maraq göstərir. London təmsilçisi oyunçunun ətrafı ilə əlaqə saxlayaraq, qərar verməsi üçün 48 saat vaxt verib. Razılıq verilsə, ingilislər “Barselona”ya rəsmi təklif göndərəcəklər.

Hazırda ispaniyalı futbolçu ilə bağlı kataloniyalıların heç bir rəsmi təklifi yoxdur. O, cari mövsümdə La Liqada bir oyuna çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti