“Real”da qalacaq - Gedişi ilə bağlı çoxsaylı söz-söhbətlər dolaşsa da

01:30 İspaniya 63
“Real”da qalacaq - Gedişi ilə bağlı çoxsaylı söz-söhbətlər dolaşsa da

“Real”ın vingeri Rodriqo komandadan ayrılmayacaq.

Sportinfo.az “Diario AS”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu La Liqanın 2-ci turunda “Ovyedo” üzərində 3:0 hesablı qələbə ilə bitən oyundan dərhal sonra baş məşqçi Xabi Alonsoya komandanı tərk etməyəcəyini bildirib.

24 yaşlı hücumçu əsas heyətdə yer uğrunda mübarizəyə hazırdır. Yay transfer pəncərəsi boyunca Rodriqonun gedişi ilə bağlı çoxsaylı söz-söhbətlər dolaşsa da, artıq bu məsələ qapanıb.

Rodriqo ilə “Arsenal”, “Mançester Siti”, “Liverpul”, “Tottenhem” və Avropanın digər klubları maraqlanır. O, ötən bazar günü iyundan bu yana ilk dəfə “Real”ın start heyətində meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!
26 Avqust 08:30 Federasiyada yeni təyinat