
“Barselona”nın yeni transferi Runi Bardqi hələ də La Liqa üçün qeydiyyatdan keçməyib.
19 yaşlı vinger ötən ay Danimarkanın “Kopenhagen” klubundan alınsa da, hələlik əsas komandada oynamaq hüququna malik deyil.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar yalnız müdafiəçisi Ektor Fortla yollarını ayırdığı halda isveçli futbolçunu qeydiyyata sala biləcək.
Ötən həftə Fortun “Komо”ya icarəyə göndərilməsi barədə xəbərlər yayılmışdı. Ancaq son günlərdə bu məsələ ilə bağlı danışıqlarda irəliləyiş müşahidə olunmur.
“Barselona” avqustun 31-də La Liqanın 3-cü turunda “Rayo Valyekano” ilə qarşılaşacaq.