
“Real” İspaniya çempionatının 2-ci turunda “Ovyedo”nun qonağı olub (3:0).
Vinisius Junior ikinci hissənin ortalarında meydana daxil olub və az vaxtda çox şey edib.
O, hakimi aldatmağa yönələn hərəkətə görə sarı vərəqə alıb, məhsuldar ötürmə verib və matçın sonunda qol vurub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra sosial şəbəkədə yayılan videoda braziliyalı futbolçunun “Ovyedo” azarkeşlərinə iki barmaq göstərdiyi görünür.
Bu hərəkət təxribat kimi qiymətləndirilir. Və güman olunur ki, Vinisius gələn il rəqib komandanın ikinci divizionda olacağını nəzərdə tutub.
Vinisius daha əvvəl də tez-tez rəqib komandaların azarkeşlərini təxribata çəkməsi ilə yadda qalıb.
