Görəsən, “Barselona” bu yay yeni müdafiəçi alacaq?

12 Avqust 2025 01:30 İspaniya 1 982
Görəsən, “Barselona” bu yay yeni müdafiəçi alacaq?

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Əl-Nəsr”ə yollanan İniqo Martinezin yerinə yeni mərkəz müdafiəçisi almağı düşünmür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə belə deyib:

“Yeni mərkəz müdafiəçisi ilə müqavilə imzalayacağımızı düşünmürəm. Deku (klubun idman direktoru) ilə bu haqda danışacam”.

Martinez “Barselona”da çıxış etdiyi iki il ərzində 71 oyun keçirərək, İspaniya çempionu olmaqla yanaşı, ölkə kubokunun və superkubokunun qalibi olmağı bacarıb.

İspaniyalı futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verilib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM