
Polşa millisinin sabiq yarımmüdafiəçisi Yan Tomaşevski hücumçu Robert Levandovskinin “Barselona”dan getməli olduğunu düşünür.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, polşalı futbolçunun ehtiyat oyunçular skamyasına düşmək təhlükəsi ilə üz-üzə olduğunu söyləyib:
“Levandovski komandada o qədər də populyar deyil və “Barselona”nın ən yaxşı oyunçuları ona topu vermirlər. O, bu klubda karyerasını elə indi bitirməli və daha az tələbkar komandaya keçməlidir”.
Bundan əvvəl Səudiyyə Ərəbistanı klublarının Levandovski ilə maraqlandığı barədə məlumatlar yayılıb.