Məşhur fransızla maraqlanır - Səudiyyə Ərəbistanı klubu

2 Avqust 2025 22:00 İspaniya 1 386
Məşhur fransızla maraqlanır - Səudiyyə Ərəbistanı klubu

Antuan Qrizmann karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Atletiko”da çıxış edən 34 yaşlı futbolçunun transferi ilə “Əl-Hilal” maraqlanır.

Hazırda “Əl-Hilal”ı çalışdıran italiyalı mütəxəssis Simone İnzaqi fransalı hücumçunu komandasında görmək istəyir. Klubun Qrizmann üçün 20 milyon avro ödəməyə hazır olduğu bildirilir.

“Transfermarkt” portalında Qrizmannın bazar dəyəri 18 milyon avro təşkil edir. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM