Keçmiş müdafiəçisini 4 milyon avroya geri qaytardı

01:40 İspaniya 98
Keçmiş müdafiəçisini 4 milyon avroya geri qaytardı

“Atletiko” bir il əvvəl “Alaves”ə satdığı 23 yaşlı müdafiəçi Santyaqo Mourinonu yenidən heyətinə qatıb.

Sportinfo.az klubun məlumatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi uruqvaylı futbolçunun müqaviləsindəki geri alış maddəsini aktivləşdirib.

“Atletiko” bu transfer üçün “Alaves”ə 4 milyon avro ödəyib. Ancaq çox güman ki, o, Madrid klubunun heyətində qalmayacaq.

Mourinonun yaxın günlərdə “Vilyarreal”a 10 milyon avroya satılması planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti