“Barselona”nın “Kamp Nou”ya qayıdacağı vaxt AÇIQLANDI

30 İyul 2025 22:20 İspaniya 1 072
“Barselona”nın “Kamp Nou”ya qayıdacağı vaxt AÇIQLANDI

“Barselona” öz tarixi stadionu “Kamp Nou”da yenidənqurma işlərinin növbəti mərhələsinə – qazonun döşənməsinə start verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu stadionun yenilənmiş versiyasında 14 sentyabr tarixində ilk ev oyununu keçirməyi planlaşdırır.

Bu, La Liqanın 4-cü turunda “Valensiya”ya qarşı olacaq.

“Barsa” yeni mövsümün ilk üç matçını səfərdə keçirəcək.

Klub artıq “Kamp Nou”nun inşaat baxımından istismara verilməsi üçün rəsmi icazəni alıb. İndi isə tribunaların azarkeşlərə açılması üçün lisenziya gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM