Başqa yerli komandaların sükanı arxasına keçmək niyyətində deyil

30 İyul 15:40 İspaniya 151
Başqa yerli komandaların sükanı arxasına keçmək niyyətində deyil

“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandes yaxın gələcəkdə İspaniyada işləməyi planlaşdırmır.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssisə İspaniyanın bir neçə klubu tərəfindən təklif göndərilsə də, o, bu təkliflərin hamısını rədd edib.

Xavi açıq şəkildə bildirib ki, İspaniyada yalnız “Barselona”nı çalışdırmaq istəyir və başqa yerli komandaların “sükanı arxasına” keçmək niyyətində deyil.

İspaniyalı mütəxəssis 2023/24 mövsümünün sonunda “Barselona”dan istefaya göndərilmişdi. Onun yerini almaniyalı çalışdırıcı Hans-Diter Flik tutdu və son mövsüm bütün yerli turnirlərdə qələbə qazandı.

Xavi artıq xaricdə baş məşqçi təcrübəsinə malikdir. O, “Barselona”ya rəhbərlik etməmişdən əvvəl Qətərin “Əl-Sədd” klubunda çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 20:50 Çək və bizə göndər!