"Mən bu klubu sevirəm, hər şeyi ona borcluyam" - AYRILMAQ İSTƏMİR

10:00 İspaniya 162
"Mən bu klubu sevirəm, hər şeyi ona borcluyam" - AYRILMAQ İSTƏMİR

“Real”ın vingeri Vinisius Junior klubdakı gələcəyi ilə bağlı danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bunu söyləyib:

“Müqaviləmin bitməsinə iki il qalıb, lakin mən həmişə demişəm ki, bütün karyeramı “Real”la gözəl hekayə yazmağa həsr etmək istəyirəm.

Ümid edirəm ki, bu, hələ uzun illər davam edəcək. Mən bu klubu sevirəm, hər şeyi ona borcluyam.

Təzyiq və tənqid problem deyil. “Real”da baş verən hər şeydən, baş məşqçidən və komanda yoldaşlarımdan çox razıyam”.

Vinisiusun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir, lakin “Real” oyunçu ilə yeni – uzunmüddətli müqavilə imzalamaq istəyir.

Digər Xəbərlər
Xəbər Lenti