Yeni “10 nömrə”ni təqdim etməyə hazırlaşır - “Barselona”

27 İyun 22:00 İspaniya 640
Yeni “10 nömrə”ni təqdim etməyə hazırlaşır - “Barselona”

“Barselona”nın oyunçusu Lamin Yamal 2025/26 mövsümündən etibarən komandanın 10 nömrəli formasını daşıyacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar Ansu Fatinin “Monako”ya icarəyə verilməsi ilə bağlı klubun atdığı addımlardan sonra verilib.

Kataloniya təmsilçisi “Monako” ilə Fatinin icarə əsasında keçidi və sonradan satınalma hüququ ilə bağlı razılığa gəlib.

Klub rəhbərliyi 2023/24 mövsümündə olduğu kimi, 10 nömrəli formanı “dondurmaq” niyyətində deyil. Həmin mövsümdə Fati “Brayton”da çıxış edirdi və klub daxilində bu nömrəyə layiq futbolçu ilə bağlı yekdil fikir yox idi.

İndi isə vəziyyət fərqlidir. Fati formanın saxlanması və ya verilməsi ilə bağlı heç bir tələb irəli sürməyib, klub rəhbərliyi isə əmindir ki, Yamal bu məsuliyyəti daşımağa tam hazırdır.

Yamalın 18 yaşının tamam olacağı gün – iyulun 13-də “Barselona” yeni mövsümün hazırlıqlarına start verəcək. Həmin tarixdə komanda baş məşqçi Hans-Diter Flikin rəhbərliyi ilə tibbi baxışdan keçəcək və məşqlərə başlayacaq.

Klubda Yamalın 10 nömrəli forma ilə rəsmi təqdimatının da məhz həmin gün baş tutması planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
27 İyun 18:10 Çək və bizə göndər!