
“Barselona” Luis Diasın transferi üçün “Liverpul”la apardığı danışıqlarda uğursuzluğa düçar olub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu bir ay öncə kolumbiyalı hücumçunu heyətinə qatmaq istəsə də, “qırmızılar” bundan imtina etmişdilər.
“Barselona” rəhbərliyi bundan sonra diqqətini “Atletik”in futbolçusu Niko Uilyamsa yönəldib.
“Liverpul”un Diasla yollarını ayırması tamamilə mümkünsüz sayılmır. Klub yalnız yüksək maliyyə təklifinə müsbət cavab verə bilər, ancaq bu məbləğin “Barselona” üçün əlçatan olmaması gözlənilir.
28 yaşlı futbolçunun “Liverpul”la müqaviləsinin müddəti iki ildən sonra başa çatacaq.