
“River Pleyt”in yarımmüdafiəçisi Franko Mastantuono “Real”a keçidi barədə fikirlərini bölüşüb.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, argentinalı oyunçu, “Real”ın dünya futbolunun ən böyük klubu olduğunu bildirib:
“Belə bir klubda çıxış etmək mənim üçün arzuolunandır. “Real” dünya futbolunun ən böyük klubudur.
Hər bir futbolçu bu komandanın heyətində olmaq istəyərdi. Xabi Alonso (baş məşqçi) ilə münasibətim mənə çox təsir etdi.
O, mənimlə necə rəftar etdiyini göstərdi və mən ona minnətdaram. Onun sözləri məni karyeramda növbəti addımı atmağa motivasiya etdi”.
17 yaşlı futbolçu hazırda davam edən Klublararası dünya çempionatından sonra “kral klubu”na qoşulacaq. “Real” bu transfer üçün Argentina klubuna 45 milyon avro ödəyib.