“Barselona” danışıqlara başladı - İngiltərəli hücumçu üçün

12:20 İspaniya 97
“Barselona” danışıqlara başladı - İngiltərəli hücumçu üçün

“Barselona” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun transferi ilə bağlı danışıqlara başlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu ingiltərəli futbolçunun transfer şərtləri ilə maraqlanıb və klubundan ətraflı məlumat istəyib.

Ancaq “Barselona” rəsmiləri Reşfordun tam transferindən çox, onun icarəyə götürülməsində maraqlıdır.

Klub bu halda onun maaşının bir hissəsinin İngiltərə təmsilçisi tərəfindən ödənilməsini istəyir.

“Mançester Yunayted” isə 27 yaşlı hücumçunu satmaq niyyətindədir və onu 40 milyon avrodan baha qiymətləndirir. Reşford özü də “Barselona”ya keçməyə müsbət yanaşır və klub rəhbərliklərinin razılığa gəlməsini gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti