
Frankfurt “Ayntraxt”ının mərkəz hücumçusu Huqo Ekitike “Barselona”nın transfer siyahısına düşüb.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu bu yay 23 yaşlı futbolçuya maraq göstərsə də, öncə cinah oyunçusunun transferinə üstünlük verib.
Ekitike gələn mövsüm də Frankfurt klubunda qalsa, 2026-ci ilin yayında “Barselona”nın əsas transfer hədəflərindən birinə çevriləcək.
Fransalı forvard 2024/25 mövsümündə bütün turnirlərdə 48 oyuna çıxıb, 22 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.