
“Mançester Yunayted”in vingeri Markus Reşford bu yay “Barselona”ya keçməyə ümid edir.
Sportinfoi.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu 27 yaşlı futbolçunun icarəyə götürülməsi variantını ciddi şəkildə nəzərdən keçirir.
Reşford yalnız cinahda deyil, həm də hücumun mərkəzində oynamağa hazırdır. Bu da “Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flikin diqqətindən yayınmayıb.
Almaniyalı mütəxəssis onun çoxşaxəli oyun tərzini yüksək qiymətləndirir və bu, Kataloniya klubunun ona maraq göstərməsinin əsas səbəblərindən biridir.
“Mançester Yunayted” isə ingiltərəli futbolçunu satmaq niyyətindədir və ona görə təxminən 47 milyon avro tələb edir. “Qırmızı şeytanlar”ın icarə variantı ilə razılaşıb-razılaşmayacağı hələ ki, bəlli deyil.