"Yeni oyun tərzinə uyğunlaşmaq üçün zamana ehtiyacımız var"

18:20 İspaniya 133
"Yeni oyun tərzinə uyğunlaşmaq üçün zamana ehtiyacımız var"

“Real”ın yarımmüdafiəçisi Arda Gülər komandanın yeni baş məşqçisi Xabi Alonso ilə oyun üslubunda baş verən dəyişikliklər barədə fikirlərini bölüşüb.

Sportinfo.az “Madrid Xtra”-ya istinadən xəbər vetir ki, türk futbolçu yeni oyun tərzinə uyğunlaşmaq üçün zamana ehtiyaclarının olduğunu bildirib:

“Əlbəttə, ilk oyundan sonra (“Əl-Hilal”la 1:1) məyus olduq, çünki qələbə qazanmaq istəyirdik. Ancaq bilirik ki, yeni oyun tərzinə uyğunlaşmaq üçün zamana ehtiyacımız var.

Xabinin də dediyi kimi, Klublararası dünya çempionatının sonuna qədər bu gün olduğumuzdan daha güclü olacağıq”.

Alonso “Kral klubu”na Klublararası dünya çempionatından əvvəl baş məşqçi təyin olunub və bu vəzifədə Karlo Ançelottini əvəzləyib.

“Real” turnirin ikinci turunda “Paçuka” üzərində 3:1 hesablı qələbə qazanıb. Komanda qrup mərhələsinin son matçında “Red Bull”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti