Tanınmış hücumçu 4-5 kiloqram arıqladı - Xəstəliyinə görə

25 İyun 2025 15:40 İspaniya 660
Tanınmış hücumçu 4-5 kiloqram arıqladı - Xəstəliyinə görə

Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe kəskin qastroenterit xəstəliyinə görə arıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Bildirilib ki, forvard 4-5 kiloqram çəki itirib.

Bundan əvvəl də, futbolçunun səhhəti ilə əlaqədar yalnız meyvə və su ilə qidalandığı deyilirdi.

Fransalı ulduz ötən həftə qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, klublararası dünya çempionatında iki oyunu buraxmalı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti