Levandovskinin yeni əvəzləyicisini seçdi - “Barselona”

01:40 İspaniya 144
Levandovskinin yeni əvəzləyicisini seçdi - “Barselona”

“Barselona” Robert Levandovskinin gedişindən sonra heyətə qatmağı planlaşdırdığı futbolçunu müəyyənləşdirib.

Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, Kataloniya klubunun əsas namizədi “Atletiko”nun argentinalı hücumçusu Xulian Alvaresdir.

“Barsa” onun transferini 2026-cı ilin yayında reallaşdırmağı planlaşdırır.

25 yaşlı forvard son mövsümdə bütün turnirlərdə 57 oyuna çıxaraq, 29 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Levandovskinin 2026-cı ilin yayında, müqaviləsinin müddətinin bitməsi ilə “Barsa”dan ayrılacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!