
“Barselona”nın müdafiəçisi Andreas Kristensen klubdan ayrılmaq istəmir.
Son vaxtlar yayılan şayiələrə baxmayaraq, danimarkalı müdafiəçi komandada qalmağa üstünlük verir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı oyunçu “Yuventus”un təklifini rədd edib.
O, həmçinin Səudiyyə Ərəbistanı klublarına keçməyə də maraq göstərməyib. Kristensenin ailəsinin “Barselona”da xoşbəxt olduğu bildirilir.
O, 2024/25 mövsümündə Hans-Diter Flikin rəhbərlik etdiyi komandada cəmi 6 oyunda iştirak edə bilib. Onun çıxışının məhdud olması əsasən davamlı zədələrlə bağlıdır.
Kristensenin “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.